Azərbaycan millisinin rəqibində koronavirus şoku
UEFA Millətlər Liqasının 5-ci turunda Azərbaycanla qarşılaşacaq Monteneqro yığmasının bir üzvündə koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Monteneqro millisinin mətbuat xidməti məlumat yayıb. Virusa yoluxan futbolçunun adı açıqlanmayıb və o, karantinə alınıb.
Monteneqro millisinin U-21 komandasının da bir futbolçusunda koronavirus aşkarlanıb.
Noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin