İngiltərə millisində 2 ciddi itki
UEFA Millətlər Liqasında İslandiya ilə qarşılaşacaq İngiltərə yığması ciddi itkiylə üzləşib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, yığmanın iki futbolçusu – Cordan Henderson və Rahim Sterlinq zədələnib. Hər iki oyunçu millinin düşərgəsini tərk edib.
Sabah keçiriləcək İngiltərə – İslandiya matçı saat 23:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin