
UEFA Millətlər Liqası: Püşkatma mərasiminin tarixi məlum olub
Fevralın 8-də Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqası turnirinin 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.
Komanda.az xəbər verir ki, tədbir saat 21:00-da başlayacaq.
C Liqasının 2-ci səbətində qərarlaşan Azərbaycan yığmasının potensial rəqibləri də məlumdur. Milli komanda 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq.
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının, 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin