UEFA İbrahimoviçi cərimələdi
UEFA “Milan”ın hücumçusu Zlatan İbrahimoviçi cərimələyib.
Komanda.az xəbər verir ki, futbol qurumu isveçli futbolçunu 50 min avro cərimələyib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
İbrahimoviç 2018-ci ildə özünə məxsus “Unknown AB” şirkəti vasitəsilə “Bethard” bukmeker kontorunun səhmlərinin 10 faizinə yiyələnib. UEFA futbolçuya bu fəaliyyətindən vaz keçməsini bildirib.
FİFA və UEFA-nın qaydalarına görə, futbolçular mərc şirkətləri ilə əməkdaşlıq edə bilməzlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin