UEFA maliyyə feyr-pleyi qaydalarına dəyişikliyi təsdiqlədi

UEFA İcraiyyə Komitəsi maliyyə feyr-pleyi qaydalarına dəyişikliyi təsdiqləyib.

Komanda.az xəbər verir ki, yeniliyə əsasən, gələcəkdə klublar transferlərə, maaşlara və məsləhət haqlarına ümumi gəlirin maksimum 70 faizini xərcləyə biləcəklər.

Qiymətləndirmələr vaxtında aparılacaq və pozuntulara görə əvvəlcədən müəyyən edilmiş maliyyə sanksiyaları tətbiq olunacaq.

Yeni qayda 2022-ci ilin iyununda qüvvəyə minəcək. Klublara uyğunlaşmaq üçün lazımi vaxt vermək üçün dəyişiklik üç il ərzində mərhələli şəkildə həyata keçiriləcək.

Dəyişikliklə bağlı fikirlərini bölüşən UEFA prezidenti Aleksander Çeferin bu sahədə islahatlara ehtiyac olduğunu vurğulayıb: “Futbol sənayesi dəyişib. Yeni qaydalar bizə oyunu qorumağa kömək edəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button