
Qəzada ölən futbolçular 1 dəqiqəlik sükutla yad ediləcək
UEFA 3-4 iyul tarixlərində keçiriləcək qadınlar arasında Avropa çempionatının oyunlarından əvvəl “Liverpul”un hücumçusu Dioqo Jota və onun qardaşı, “Penafiel” klubunun futbolçusu Andre Silvanın xatirəsinə bir dəqiqəlik sükut elan edəcək.
Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb:
“UEFA bildirir ki, bu gün və sabah baş tutacaq bütün qadın oyunlarında mərhum futbolçuların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək”.
Dünən Jota və qardaşı Andre Silvanın İspaniyada baş verən avtomobil qəzasında həyatını itirdiyi məlum olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



