Azərbaycanla oyundan əvvəl cərimələndilər
UEFA Lüksemburq Futbol Federasiyasını cərimələyib.
Komanda.az xəbər verir ki, buna səbəb Millətlər Liqasının 5-ci turunun Kiprlə matçında (1:2) stadiona buraxılan məhdud sayda azarkeşlərin maska və məsafə saxlamaq qaydalarına əməl etməməsi olub. UEFA bu səbəbdən Lüksemburq Futbol Federasiyasını 5000 avro cərimələyib.
Lüksemburq millisi Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda bu gün Azərbaycanla qarşılaşacaq. “Jozi Bartel” stadionunda keçiriləcək qarşılaşma saat 23:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin