UEFA “Liverpul”un 19 618 azarkeşinə təzminat ödəyəcək

UEFA rəsmi saytı vasitəsi ilə Çempionlar Liqasının ötən il Parisdə keçirilən finalında yaşananlara görə 19 618 “Liverpul” azarkeşinə təzminat ödəniləcəyini açıqlayıb.

Komanda.az xəbər verir ki, “Real”la həlledici oyun başladığı saata qədər stadiona girə bilməyən bütün “Liverpul” fanatlarının hesabına pul köçürüləcək.

Bundan başqa, matça gecikən və görüşü ümumiyyətlə canlı izləyə bilməyən “Real” azarkeşləri və neytral futbolsevərlər də maddi təzminat alacaq.

Xatırladaq ki, “Stad de Frans”dakı final stadiondakı iğtişaşlar üzündən 36 dəqiqə gec başlamışdı. Həmin vaxt UEFA və Fransanın daxili işlər naziri yaşananlara görə İngiltərə təmsilçisinin azarkeşlərini suçlamış, “Liverpul” isə tərəfdarlarının müdafiəsinə qalxmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button