“Qarabağ”ın 2 futbolçusu “Bazel”lə oyunu buraxacaq

UEFA Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda “Bazel”in qonağı olacaq “Qarabağ” bu gün İsveçrəyə yollanacaq.

Ağdam təmsilçisinin futbolçuları Bədavi Hüseynov və Qaspar Panadero sözügedən matç üçün səfərə aparılmayacaq. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Komanda.az-a açıqlamasında deyib. O, hər iki futbolçunun zədədən sonra tam hazır olmadıqlarını və bu səbəbdən Bakıda məşqlərinə davam edəcəklərini söyləyib.

Dekabrın 9-da keçiriləcək “Bazel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button