
Əvvəlcə Qurbanov, sonra Berdıyev
UEFA Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” – “Kayrat” oyunundan əvvəl təşkil olunacaq açıq məşq və mətbuat konfranslarının vaxtları müəyyənləşib.
Komanda.az xəbər verir ki, oktyabrın 20-də, saat 12:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Həmin gün saat 17:15-də Ağdam komandasının “Azersun Arena”da mətbuata 15 dəqiqəsi açıq məşqi olacaq.
“Kayrat”ın baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı isə 20 oktyabr, saat 18:30-da olacaq. Qazaxıstan təmsilçisinin açıq məşqi saat 19:00-da başlayacaq.
Oktyabrın 21-də keçiriləcək “Qarabağ” – “Kayrat” matçı saat 20:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin