“Omoniya” – “Qarabağ”: Hakimlər bilindi
UEFA Konfrans Liqasının qrup mərhələsinin Kiprdə “Omoniya” və “Qarabağ” komandaları arasında keçiriləcək 2-ci tur oyununun hakimləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Bobbi Maden olacaq. Ona yan xətt hakimləri Devid Rum və Alan Malvenni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kreyq Napyer yerinə yetirəcək.
Sentyabrın 30-da, Nikosiyadakı GSP stadionunda oynanılacaq “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin