“Aberdin” Bakıya ciddi itki ilə gəlir
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olacaq Şotlandiya “Aberdin”i Bakıya ciddi itki ilə gəlir.
Komanda.az xəbər verir ki, uelsli hücumçu Rayan Heces dizindəki zədəyə görə heyətdən çıxarılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Heces matç üçün komanda ilə birlikdə Bakıya yollanmayıb.
Avqustun 19-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Aberdin” oyunu saat 20:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Şotlandiyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin