“Qarabağ”ın rəqibində koronavirusa yoluxan futbolçunun adı məlum oldu
UEFA Konfrans Liqasının 3-cü mərhələsinin cavab oyununda “Qarabağ”la qarşılaşacaq Kipr AEL-ində koronavirusa yoluxan futbolçunun adı məlum olub.
Komanda.az xəbər verir ki, bu, yarımmüdafiəçi Entoni Georgiudur. Bu barədə Kipr mətbuatı məlumat yayıb. Koronavirus testi müsbət çıxan 24 yaşlı futbolçu karantinə alınıb.
AEL komandası “Qarabağ”la matç üçün artıq Bakıya yola düşüb.
Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – AEL matçı saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin