“Qarabağ”a qol vuran futbolçu ən yaxşı adına namizəd oldu
UEFA Konfrans Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin oyunçusu adına namizədlər bilinib.
Komanda.az xəbər verir ki, bu ada “Roma”dan (İtaliya) Temmi Abraham, “Bazel”dən (İsveçrə) Artur Kabral, ÇFR-dən (Rumıniya) Qabriel Debelju və “Partizan”dan (Serbiya) Zivkoviç namizəd olub.
Kabral “Qarabağ”a qarşı keçirilən matçda (3:0) 2 qol vurub.
Qalib, UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin