“Qarabağ”ın rəqibinin futbolçusu ən yaxşı adına namizəd oldu
UEFA Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra həftənin oyunçusu adına namizədlər bilinib.
Komanda.az xəbər verir ki, bu ada “Tottenhem”dən (İngiltərə) Harri Keyn, HJK-dan (Finlandiya) Rop Riski, “Bazel”dən (İsveçrə) Mixael Lanq və “Partizan”dan (Serbiya) Lazar Markoviç namizəd olub.
“Bazel” H qrupunda “Qarabağ”, “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə mübarizə aparır.
Qalib, UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin