Konfrans Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər
UEFA Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Komanda.az xəbər verir ki, bu ada “Roma”dan (İtaliya) Lorenso Pelleqrini, “Kopenhagen”dən (Danimarka) Yonas Vinn, LASK-dan (Avstriya) Dario Maresiç və “Makkabi”dən (İsrail, Təl-Əviv) Stipe Peritsa namizəd olub.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin