“Latsio”nun başı dərddə – azarkeşlərinə görə
UEFA İtaliyanın “Latsio” klubuna qarşı intizam işi açıb.
Komanda.az xəbər verir ki, buna səbəb Avropa Liqasının 2-ci turunun “Latsio” – “Renn” matçında italyan azarkeşlərin irqçi davranışları olub. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. İntizam işinə oktyabrın 17-də baxılacaq.
“Latsio” – “Renn” matçı ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin