UEFA İsraildə keçiriləcək bütün oyunları ləğv etdi
UEFA növbəti iki həftə ərzində İsraildə keçiriləcək bütün oyunları ləğv edib.
Komanda.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.
“UEFA mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq İsraildə növbəti bir neçə həftəyə planlaşdırılan bütün oyunları təxirə salır”, – məlumatda bildirilir.
2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də keçiriləcək İsrail – İsveçrə matçı qeyri-müəyyən müddətə təxirə salınır. Bundan əlavə, 21 yaşadək futbolçular arasında Avropa çempionatının iki oyunu təxirə salınıb. İsrail oktyabrın 12-də Estoniya, 17-də isə Almaniya ilə qarşılaşmalıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin