UEFA 3 klubla bağlı araşdırmaları dayandırdı
UEFA İspaniyanın “Barselona”, “Real” və İtaliyanın “Yuventus” klublarına qarşı Avropa Super Liqasının təşkili ilə əlaqədar araşdırmaları dayandırıb.
Komanda.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Super Liqa layihəsi ilə bağlı qanunvericilik bazasının mümkün pozuntusunun qüvvədən düşdüyü bildirilib.
Bu il aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin