UEFA İspaniya klubunu avrokuboklardan kənarlaşdırdı
İspaniyanın “Osasuna” klubu 2023/2024 mövsümündə Avropa Konfrans Liqasında iştirak hüququndan məhrum edilib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Avropa futbol qurumunun müfəttişləri 2013/2014 mövsümündə danışılmış oyunlarla bağlı araşdırma aparıldığı üçün komandanın avrokuboklardan çıxarılmasını tövsiyə ediblər.
İddiaya görə, “Betis” həmin mövsüm İspaniya çempionatında “Real Valyadolid” və “Osasuna”ya uduzmalı, bunun qarşılığında 600 000 avro dəyərində iki tranş almalı idi.
Klub açıqlamasında UEFA müfəttişlərinin hökmü ilə razılaşmadığını və Avropanın üçüncü ən vacib klub turnirində oynamaq hüquqlarını müdafiə etmək üçün apellyasiya şikayəti verəcəyini bildirib.
UEFA-nın bu qərarına əsasən, “Osasuna”nı Konfrans Liqasında “Atletik” əvəz edəcək.
Bizi Facebook-da izləyin