
UEFA İnkişaf Turniri: Azərbaycan millisi Gürcüstana qalib gəldi
17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişinyovda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib
Komanda.az xəbər verir ki, Aqil Nəbiyevin yetirmələri Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.
Milli komanda turnir çərçivəsində son matçını aprelin 19-da, saat 12:00-da Estoniya yığmasına qarşı keçirəcək.


Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


