UEFA ilin futbolçusunu açıqladı
Avropada ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu ada İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Vircil van Dayk yiyələnib.
O, “Barselona”nın argentinalı futbolçusu Lionel Messi və “Yuventus”un hücumçusu Kristiano Ronaldonu üstələyib. Cənubi amerikalı Çempionlar Liqasının qrup mərhələsinin bu gün keçirilən püşkatmasında təltif olunub.
Qeyd edək ki, Alisson Bekker qapıçı, Vircil van Dayk müdafiəçi, Frenki de Yonq yarımmüdafiəçi, Lionel Messi hücumçu kimi 2018/19 mövsümünün ən yaxşısı adına layıq görülüblər. İlin ən yaxşı qadın futbolçusu isə Lusi Bronz seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin