UEFA İcraiyyə Komitəsinin iclası Bakıda – İlk dəfə
Mayın 29-da Bakıda keçiriləcək UEFA İcraiyyə Komitəsi iclasının Gündəlik məsələləri açıqlanıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasın gündəliyində aşağıda qeyd olunanlar yer alıb:
- 2021-ci ildə UEFA Qadınlararası Çempionlar Liqasının ev sahibinin müyyənləşdirilməsi
- Müxtəlif yarışların və texniki qaydaların təsdiqi
- Futzal üzrə UEFA Avropa Çempionatı 2020-22
- 2019/20 UEFA Avropa U-17 və U-19 çempionatları
- 2019/20 UEFA Avropa Qadınlararası U-17 və U-19 çempionatları
- UEFA İntizam qaydaları (2019 buraxılışı)
- UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı)
- UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı)
- Turnirlərin əsasnamələri – Oyun qaydalarına adaptasiya
- UEFA Avropa Gənclər çempionatlarının formatı
- Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması
- UEFA Grassroots mükafatı 2019
Xatırladaq ki, tarixdə ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası Bakıda təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin