DÇ-2022-nin seçmə mərhələsinin formatı təsdiqləndi – Azərbaycan Ermənistanla bir səbətdə
UEFA İcraiyyə Komitəsi İsveçrənin Nyon şəhərindəki iclasında 2022-ci il dünya çempionatının Avropa qitəsi üzrə seçmə turnirinin keçirilmə formatını təsdiqləyib.
Komanda.az xəbər verir ki, Qətərdə keçiriləcək mundiala 13 ölkə vəsiqə qazanacaq. Bunlardan 10-u qrup qalibi, 3-ü isə pley-off mərhələsinin ən yaxşısı kimi iştirak edəcək.
Pley-offda qruplarda 2-ci yeri tutacaq 10 komanda, habelə, 2020/2021 mövsümündə UEFA Millətlər Liqasının 2 ən yaxşı qrup qalibi çıxış edəcək. Onlar birbaşa vəsiqə qazana bilməmiş komandalardan ibarət olacaq. Beləliklə, bu yığmalar arasında 3 pley-off təşkil ediləcək. Yarımfinallarda komandalar hərəyə bir oyun keçirəcəklər. Artıq Millətlər Liqası iştirakçılarının səbətlərə bölgüsü də aparılıb. Azərbaycan C Liqasında Ermənistan, Qazaxıstan və Moldova ilə birgə 4-cü səbətə düşüb.
A Liqası
1-ci səbət: Portuqaliya, Hollandiya, İngiltərə, İsveçrə
2-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya
3-cü səbət: Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç
4-cü səbət: Xorvatiya, Polşa, Almaniya, İslandiya
B Liqası
1-ci səbət: Rusiya, Avstriya, Uels, Çexiya
2-ci səbət: Şotlandiya, Norveç, Serbiya, Finlandiya
3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya
4-cü səbət: Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya
C Liqası
1-ci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan
2-ci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr
3-cü səbət: Estoniya,Sloveniya, Litva, Lüksemburq
4-cü səbət: Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldova
D Liqası
1-ci səbət: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn
2-ci səbət: Andorra, Malta, San-Marino
Millətlər Liqasının püşkü 2020-ci il martın 3-də Niderlandın paytaxtı Amsterdamda atılacaq.
DÇ-2022 21 noyabr-18 dekabrda Qətərdə təşkil olunacaq.
Bizi Facebook-da izləyin