APOEL – “Qəbələ” oyunu qazaxlara tapşırıldı
UEFA Gənclər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək APOEL – “Qəbələ” oyununa təyinatlar açıqlanıb.
Komanda.az xəbər verir ki, qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Furkat Atacanov olacaq. Ona Denis Labaşyov və Sergey Kalaçyov kömək edəcək. UEFA nümayəndəsi Vasko Doyçinovski (Makedoniya), hakim-inspektor isə Xristos Nikolaidis (Kipr) olacaq.
Oktyabrın 2-də keçiriləcək APOEL – “Qəbələ” oyunu saat 18:00-da start götürəcək. Komandalar arasındakı cavab oyunu oktyabrın 24-də Qəbələdə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin