UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası bu gün “Bazel”lə qarşılaşacaq

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında ilk  oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi komanda İsveçrənin “Bazel” klubu ilə qarşılaşacaq.

Bazel şəhərindəki “St. Yakob Park” stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

Komandalar arasında noyabrın 6-da Bakıda baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.

UEFA Gənclər Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun

23 oktyabr

21:00. Bazel (İsveçrə) – Sabah
Baş hakim: Patrik Kolariç (Xorvatiya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button