UEFA Gənclər Liqası: “Qəbələ” bu gün ilk oyununa çıxacaq
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə start verəcək.
Komanda.az xəbər verir ki, Zaur Hacıyevin baş məşqçi olduğu komanda 1-ci mərhələnin ilk oyununda Xorvatiyada “Hayduk”la üz-üzə gələcək.
“Polyud” stadionunda keçiriləcək matç saat 19:00-da başlayacaq. Oyunu David Smaytsın başçılıq etdiyi sloveniyalı hakimlər idarə edəcək.
Cavab oyunu oktyabrın 4-də Qəbələdə olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin