
UEFA Gənclər Liqası: “Qarabağ” “Çelsi”yə uduzdu
“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçını keçirib.
Komanda.az xəbər verir ki, əsas mərhələnin 4-cü turunda Bakıda “Çelsi”ni qəbul edən Ağdam təmsilçisi 0:5 hesabı ilə uduzub.
Oyun “Azərsun Arena”da keçirilib.
“Qarabağ” UEFA Gənclər Liqasının əsas mərhələsində daha əvvəl keçirdiyi oyunlarda “Benfika” (1:7), “Kopenhagen” (0:5) və “Atletik”ə (0:3) uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



