Yunanlar almanlara hücum etdi, 6 azarkeş… FOTOLAR
UEFA Gənclər Liqası çərçivəsində “Olimpiakos” və “Bavariya”nın 19 yaşlılardan ibarət komandaları arasında baş tutan qarşılaşmada xoşagəlməz hadisə yaşanıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir, qarşılaşmanın 84-cü dəqiqəsində bir neçə maskalı yunan azarkeş əllərində taxta dəyənəklərlə “Bavariya”lı futbolçulara və alman fanatlara hücum edib. Hadisə nəticəsində 6 alman azarkeş xəsarət alıb.
Hadisənin 30 nəfər xüsusi yunan azarkeş qrupu tərəfindən törədildiyi açıqlanıb.
“Olimpiakos” (U-19) – “Bavariya” (U-19) oyunu almanların 4:0 hesablı qələbəsiylə başa çatıb.




Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin