UEFA Gənclər Liqası: “Benfika” – “Qarabağ” matçının hakimləri bilindi

UEFA Gənclər Liqasının əsas mərhələsində “Qarabağ”ın U-19 komandasının Portuqaliyada “Benfika”ya qarşı keçirəcəyi oyunun təyinatları məlum olub.

Komanda.az xəbər verir ki, qarşılaşmanı Şimali İrlandiyadan olan Ceymi Robinson idarə edəcək

FİFA referisinə Adam Ceffri və Brayan Uilson kömək göstərəcək. Dördüncü hakim funksiyasını portuqaliyalı Dioqu Roza yerinə yetirəcək. 

Sentyabrın 16-da təşkil olunacaq “Benfika” – “Qarabağ” matçı saat 14:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button