
“Qəbələ”nin UEFA Gənclər Liqasındakı rəqibi bilindi
UEFA Gənclər Liqasında 2020/21 mövsümünün ilk püşkatması keçirilib.
Komanda.az xəbər verir ki, tədbirdə 1/32 final cütləri müəyyənləşib. Çempionlar yolunda mübarizə aparan “Qəbələ”nin rəqibi də bəlli olub.
“Qırmızı-qaralar”ın 19 yaşadək futbolçulardan ibarət komandası bu mərhələdə Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.
Bir oyundan ibarət mərhələnin görüşləri martın 2-3-də keçiriləcək. “Qırmızı-qaralar” 1/16 finala vəsiqə uğrunda matçı səfərdə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin