
UEFA Gənclər Liqası: “Qarabağ”la “Sabah”ın U-19 komandaları bu gün meydana çıxacaq
Bu gün “Qarabağ” və “Sabah”ın U-19 komandaları UEFA Gənclər Liqasında oyuna çıxacaqlar.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələnin 3-cü turunda İspaniyada “Atletik”in qonağı olacaq. Qarşılaşma saat 14:00-da start götürəcək.
Bilbao klubunun U-19 komandası 6 xalla 6-cı, hər iki görüşdə uduzan “köhlən atlar” 35-cidir.
“Sabah” isə turnirin 2-ci təsnifat mərhələsinin ilk matçında Fransada “Nant”ın qonağı olacaq. Bu oyun saat 19:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması noyabrın 5-də Bakıda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


