UEFA Gənclər Liqası: “Qarabağ”ın U-19 komandası bu gün növbəti matçına çıxacaq

“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti matçına çıxacaq.

Komanda.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda Bakıda Danimarka “Kopenhagen”i ilə üz-üzə gələcək.

Matç “Azərsun Arena”da, saat 14:00-da start götürəcək.

U-19 1-ci turda səfərdə Portuqaliyanın “Benfika” komandasına 1:7 hesabı ilə uduzub. “Kopenhagen” isə evdə Almaniya təmsilçisi “Bayer”ə məğlub olub – 0:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button