
UEFA Gənclər Liqası: “Qarabağ” yenə böyük hesabla uduzdu
“Qarabağ” klubunun U-19 komandası UEFA Gənclər Liqasında ikinci matçına çıxıb.
Komanda.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda bu gün Bakıda Danimarka “Kopenhagen”i ilə üz-üzə gəlib.
“Azərsun Arena”da gerçəkləşən qarşılaşma qonaqların qələbəsi ilə bitib – 5:0.
U-19 1-ci turda səfərdə Portuqaliyanın “Benfika” komandasına 1:7 hesabı ilə uduzub. “Kopenhagen” isə evdə Almaniya təmsilçisi “Bayer”ə məğlub olub – 0:2.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



