UEFA Gənclər Liqası: “Qəbələ” bu gün növbəti oyununu keçirəcək
Bu gün “Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” 1-ci mərhələnin cavab matçında Macarıstanın “Puşkaş Akademiya” komandasının qonağı olacaq.
Oyun saat 18:00-da start götürəcək. Görüşü Norveçdən olan Məhəmməd Usman Aslam idarə edəcək.
Qəbələ şəhər stadionunda gerçəkləşən ilk oyun 1:1 hesabı ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin