UEFA final öncəsi Poçettinonu cəzalandırdı

UEFA İntizam Komitəsi İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettinonu cəzalandırıb.

Komanda.az xəbər verir ki, argentinalı mütəxəssisə bir oyunluq cəza verilib.

Lakin cəza şərti xarakter daşıyacaq və ona bir il sınaq müddəti veriləcək. İngiltərə təmsilçisinə həmçinin 10 min avro məbləğində cəza kəsilib.

Bu cəzaya Çempionlar Liqasının yarımfinalında Hollandiya “Ayaks”ı ilə ilk oyunun məhz Poçettinoya görə gec başlaması səbəb olub.

“Ayaks”la Londondakı görüş “Tottenhem”in 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komanda Amsterdamdakı qarşılaşmada rəqibini 3:2 məğlub edərək finala yüksəlib.

Çempionlar Liqasının finalı iyunun 1-də İspaniyanın paytaxtı Madriddə, “Vanda Metropolitano” stadionunda baş tutacaq. UEFA-nın bu cəzasına baxmayaraq, Poçettino həmin matçda texniki zonada yer ala biləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button