UEFA rəsmiləri Trampa qoşulan FİFA prezidentini tənqid edib

UEFA rəhbərliyi FİFA prezidenti Canni İnfantinonun ABŞ prezidenti Donald Trampın turuna qoşulmaq qərarını tənqid edib.

Komanda.az “Sky News”-a istinadən xəbər verir ki, tənqidlər, İnfantinonun bu səbəbdən FİFA-nın konqresinə gecikməsi fonunda səsləndirilib:

“FİFA konqresinin cədvəlində son dəqiqədə edilən dəyişikliklər dərin təəssüf doğurur. FİFA konqresi dünya futbolunun ən mühüm tədbirlərindən biridir. Burada dünya futboluna təsir edən məsələlərin müzakirəsi üçün 211 ölkənin nümayəndələri bir araya gəlir.

Qəbul edən tərəf – Paraqvay Futbol Federasiyası və KONMEBOL-dakı tərəfdaşlarımız çoxsaylı nümayəndələri qarşılamaq üçün böyük səylər göstəriblər. Onlara qonaqpərvərlikləri üçün təşəkkür edirik. Ancaq cədvəldəki bu dəyişikliklərin şəxsi siyasi maraqlara xidmət etdiyi təəssüratı yaranır və bu, futbolun maraqlarına ziddir.

Biz hamımız futbolun inkişafı üçün çalışırıq – küçələrdən tribunaya qədər. UEFA və FİFA Şurasının üzvləri bu dəfə xüsusi olaraq qeyd etməyi vacib saydılar ki, futbol hər şeydən önəmlidir. Buna görə də, əvvəlcədən planlaşdırıldığı kimi, tədbiri vaxtında tərk etdilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button