UEFA eyni cibdən maliyyələşən klublara ÇL-də oynamağa icazə verə bilər!

UEFA prezidenti Aleksander Çeferin qurumun eyni sahibə məxsus klublara Çempionlar Liqası (ÇL) qadağası ilə bağlı qaydalarına yenidən baxmağa hazır olduqlarını bildirib.

Komanda.az “The Times”-a istinadən xəbər verir ki, UEFA-nın rəhbəri hələ yekun qərarın olmadığını deyib:

“Başqa komanda almaq istəyən beş-altı klub sahibi var idi. Biz bu məsələni diqqətlə öyrənməliyik. Cəmi iki variant var: ya hər şey indiki kimi qalacaq, ya da biz belə klubların eyni yarışda oynamasına icazə verəcəyik. Hələlik yekun qərar yoxdur. Biz bu qaydalar haqqında danışmalıyıq və bununla bağlı nə edə biləcəyimizi görməliyik.

Bir neçə kluba sahib olmağa maraq artır. Biz bir anda bir neçə kluba sərmayə qoymağı qadağan edə bilmərik, amma bu halda hansı qaydaları müəyyən edəcəyimizə qərar verməliyik. Çünki qaydalar sərt olmalıdır. Bir tərəfdən, iki klubun sahibisizsə və onlar eyni turnirdə oynayırlarsa, bir kluba məğlub olduğunu söyləyə bilərsiz, çünki digərinin qalib gəlməsini istəyirsiz. Amma məşqçiyə, futbolçulara matçı uduzmağı demək bu qədər asandırmı? Çünki qarşıdakı komanda qalib gəlməlidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button