UEFA Ermənistan Futbol Federasiyasını cərimələdi
UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib.
Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Cəriməyə səbəb, Ermənistan millisinin məşqçi və futbolçularının oktyabrda Estoniya ilə Millətlər Liqasının səfər oyunu ərəfəsində Tallində kilsəni ziyarət etməsi və yerli “Ararat” klubunun gənc futbolçuları ilə görüşməsi olub.
UEFA-nın “oyuna dön” protokoluna əsasən səfər oyununa gedən komandanın üzvləri xüsusi hallar olmasa, qaldıqları oteli tərk etməməlidirlər.
UEFA Ermənistan Futbol Federasiyasını 10 min avro cərimələyib. Bu məbləğ 90 gün ərzində ödənilməlidir.
Estoniya – Ermənistan matçı 1:1 hesabıyla başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin