UEFA Tbilisi “Dinamo”sunu cəzalandırdı
UEFA Gürcüstanın “Dinamo” klubunu cəzalandırıb.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, buna səbəb “Dinamo” azarkeşlərinin Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Qəbələ” ilə cavab oyunu zamanı irqçi davranışları olub. UEFA Tbilisi təmsilçisinə 50 min avro və 1 oyun azarkeşsiz oynama cəzası verib.
Bundan başqa, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Feyenoord”la cavab oyununda Boris Payçadze adına “Dinamo” stadionunda #EqualGame banneri asılmalıdır.
“Qəbələ” Avropa Liqasının 2-ci təsnifat mərhələsində hər iki oyunda “Dinamo”ya məğlub olaraq (ilk oyun 0:2, cavab oyunu 0:3), mübarizəni dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin