
UEFA-dan Ukrayna və Belarus komandaları ilə bağlı vacib qərar
Ukrayna və Belarus komandaları avrokuboklarda bir-birinə rəqib olmayacaq.
Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, avrokubokların püşkatmalarında sözügedən ölkələrin klubları bir-birinə rəqib olmayacaq. Qadağa növbəti xəbərdarlığadək qüvvədə olacaq.
Bu qərar Belarusun Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə dəstək verməsi ilə əlaqədar qəbul edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin