Çempionlar Liqası: UEFA-dan türklərə təyinat
Çempionlar Liqasında 1/4 final mərhələsinin iki cavab matçının hakim təyinatları açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Mançester Siti” – “Tottenhem” qarşılaşması Türkiyədən olan hakimlər briqadasına həvalə olunub. Görüşün baş hakimi Cüneyt Çakır, köməkçiləri Bahattin Duran və Tarık Ongun olacaq. Dördüncü hakim funksiyasını portuqaliyalı Artur Soares Dias yerinə yetirəcək. VAR hakimləri isə Massimiliano İrrati ilə Marko Qvida olacaq.
“Portu” – “Liverpul” oyunu isə Hollandiyadan olan referilərə tapşırılıb. Matçı Dani Makkeli idarə edəcək. Ona Mario Diks və Hessel Steeqstra kömək edəcəklər. Dördüncü hakim Tasos Sidiropulos, VAR hakimləri isə Pol van Bukel ilə Kamfus Yohem olacaq.
Aprelin 17-də keçiriləcək hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Tottenhem” ilk oyunda “Mançester Siti”ni 1:0, “Liverpul” isə “Portu”nu 2:0 hesabıyla məğlub edib.
Bizi Facebook-da izləyin