UEFA-dan “Şamaxı” ilə bağlı müraciətə cavab gəldi – Rəsmi
UEFA AFFA-nın Lisenziyalaşdırma Qrupunun “Şamaxı” klubunun “Keşlə”nin varisi kimi tanınması və “3 illik üzvlük qaydası”nın istisna edilməsi üçün müraciətini cavablandırıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə fair-play” qaydalarında UEFA lisenziyasının alınması üçün tələb olunan meyarlardan biri də lisenziya iddiaçısının lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməsi və daxili yarışlarda iştirak etməsidir.
İstisna yanaşmanın tətbiq olunması ilə bağlı AFFA-nın müvafiq müraciəti nəzərə alınaraq, təqdim olunan sənədlərə əsasən UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə orqanı (CFCB) tərəfindən müsbət qərar qəbul edilib.
Bizi Facebook-da izləyin