UEFA-dan Rusiyanın istəyinə reaksiya
UEFA, Rusiyanın AÇ-2028 və AÇ-2032-yə ev sahibliyi etmək istəyinə reaksiya verib.
Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidməti Rusiyanın AÇ-2028 və AÇ-2032-nin ev sahibliyinə maraqlı olması ilə bağlı məlumatlara münasibət bildirib:
“Martın 23-ü milli assosiasiyaların final turnirinə ev sahibliyi etməkdə maraqlı olduqlarını təsdiqləmək üçün son tarixdir. Aprelin 5-də hansı assosiasiyaların bunu etdiyini təsdiqləməyi planlaşdırırıq. Hazırda bu mövzuda başqa şərhimiz yoxdur”.
Bu gün İngiltərə, Şimali İrlandiya, İrlandiya, Şotlandiya və Uels Futbol Assosiasiyaları artıq AÇ-2028-ə ev sahibliyi etmək üçün ərizələrini təqdim ediblər.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin