UEFA-dan Rusiya və Ukraynada çıxış edən futbolçularla bağlı yeni qərar
UEFA futbol üzrə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının 1/4 final mərhələsinin bütün iştirakçı komandalarına Rusiya və Ukrayna çempionatlarındakı futbolçularını qeydiyyatdan keçirməyə icazə verib.
Komanda.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti rəsmi saytında məlumat yayıb.
UEFA İcraiyyə Komitəsi qərarı martın 21-də verib. Hər komandaya aprelin 1-dək sayı 2 nəfərdən çox olmayan oyunçu daxil ola bilər.
Xatırladaq ki, bundan əvvəl FİFA Rusiya çempionatında çıxış edən əcnəbi futbolçulara komandaları ilə müqavilələri birtərəfli qaydada mövsümün sonuna qədər dayandırmaq icazəsi vermişdi. Rusiya Premyer Liqasını artıq 10-dan çox legioner tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin