
UEFA-dan Rövnəq Abdullayevə dəvət
AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev Türkiyənin İstanbul şəhərinə yollanıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, onlar UEFA-nın dəvəti əsasında Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində və Avropada klub futbolu mövsümünün başlanması ilə bağlı tədbirdə iştirak edəcəklər.
Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi bu gün saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin