UEFA-dan “Real”a cavab
“Real” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandesin “qızıl top” aldığı mükafat mərasimini boykot edib.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, iddiaya görə, Avropa Super Liqasına inciklik fonunda məhz UEFA “qızıl top”un Vinisius Junior və Dani Karvahal tərəfindən alınmasına mane olub. Bunun fonunda ali qurum “kral klubu”nun iddialarına cavab verib:
“Real” belə bir şey deyirsə, bu, onlar haqqında hər şeyi deyir. Bu, bizim tərəfimizdən əlavə şərhə layiq deyil”.
Madrid klubunun UEFA-nı və şəxsən qurumun prezidenti Aleksander Çeferini günahlandırdığı barədə məlumatlar var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin