
UEFA-dan “Qarabağ”a yarım milyon avro ödəniş
UEFA “Qarabağ” klubuna 504 000 avro məbləğində ödəniş edib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “köhlən atlar” bu məbləği UEFA Avropa Liqasının qrup mərhələsində heç-heçə başa çatmış oyunların nəticəsinə görə və turnirdə iştirakla əlaqədar bonus olaraq alıb.
Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin