UEFA-dan polis işçisini itələyən futbolçuya 3 oyunluq cəza
UEFA Danimarkanın “Kopenhagen” klubunun futbolçusu Maykl Santosu 3 oyunluq cəzalandırıb.
Komanda.az xəbər verir ki, buna onun Avropa Liqasının 1/16 final mərhələsinin Şotlandiya “Seltik”i ilə cavab matçındakı (3:1) davranışı səbəb olub.
Belə ki, səfər matçının 51-ci dəqiqəsində hesabı açan Maykl Santos komandasının vurduğu 2-ci qolu qeyd edərkən onu sakitləşdirməyə çalışan polisi itələyib.
UEFA-nın İntizam Komitəsi bu hərəkətinə görə uruqvaylı hücumçunu 3 oyunluq diskvalifikasiya edib. Lakin paytaxt təmsilçisinin qərardan apellyasiya şikayəti vermək hüququ da var.
Xatırladaq ki, “Seltik”lə iki oyunun nəticəsinə əsasən, 4:2 hesabıyla üstün olan “Kopenhagen” 1/8 finala vəsiqə qazanıb. Bu mərhələdə Türkiyə təmsilçisi “Başakşəhər”ə rəqib olan Danimarka klubu martın 12-də keçirilən səfər matçında 0:1 hesabıyla uduzub. Cavab qarşılaşması isə koronavirus pandemiyasına görə təxirə salınıb.
Bizi Facebook-da izləyin