
UEFA-dan Neymara sərt cəza
UEFA Fransanın PSJ komandasının futbolçusu Neymarı cəzalandırıb.
Komanda.az xəbər verir ki, qitə futbol qurumu braziliyalı hücumçuya 3 oyunluq cəza verib.
Buna 27 yaşlı futbolçunun UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərə “Mançester Yunayted”i ilə ev oyununda hakimləri təhqir etməsi səbəb olub.
Cəza səbəbindən Braziliya yığmasının üzvü ÇL-in 2019/20 mövsümündə ilk 3 oyunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Parisdəki görüş PSJ-nin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Fransa təmsilçisi İngiltərədəki qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub etsə də, növbəti mərhələyə yüksələ bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin